Rusiyadan Şərqi Aralıq dənizdə Türkiyə ilə əməkdaşlıq siqnalı

Rusiyanın enerji naziri Aleksandr Novak Aralıq dənizdə ticarət baxımından bütün tərəflərin xeyrinə layihələr olacağı təqdirdə Rusiya şirkətlərinin Şərqi Aralıq dənizdə Türkiyə ilə əməkdaşlığa dair qərarlar ala biləcəyini bildirib.

1243071

 Novak bu gün Antalyada qatılacağı Rusiya-Türkiyə Birgə İqtisadi Komissiyasının (BİK) növbəti sessiyasından əvvəl “Anadolu” xəbər agentliyinə iki ölkə arasındakı əlaqələrə dair açıqlama verib.

 Novak Rusiya qazını Avropaya daşıyacaq “Türk axını” və Mersin "Akkuyu" atom elektirik stansiyası (AES) kimi layihələrin həyata keçməsilə iqtisadi və ticari sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranacağını bildirib.

“Akkuyu” AES-də Türkiyə və Rusiya arasındakı əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan Novak “Layihədə tikinti işləri sürətli şəkildə davam edir və 2023-cü ildə istifadəyə verilməsini gözləyirik. Layihədə tikinti işlərinin maliyyəsi baxımından bütün məsələlər öz həllini tapıb” deyib.

Aralıq dənizdə Rusiya ilə Türkiyə arasında mümkün əməkdaşlıq imkanlarını qiymətləndirən Novak “Aralıq dənizində Rusiya şirkətlərinin iştirak etdiyi uğurlu enerji layihələri var. Əgər ticarət baxımından bütün tərəflərin xeyrinə layihələr olarsa, Rusiya şirkətləri Şərqi Aralıq dənizində Türkiyə ilə əməkdaşlığa dair qərarlar ala bilər" ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr