Özbəkistan iqtisadiyyatı ilin ilk yarısında 5,8 faiz inkişaf etdi

Özbəkistanın ümumi daxili məhsulunun (ÜDM) ilin ilk yarısında 5,8 faiz artaraq 222 trilyon 22 milyard soma çatdığı bildirildi.

1242955
Özbəkistan iqtisadiyyatı ilin ilk yarısında 5,8 faiz inkişaf etdi

Özbəkistanın ümumi daxili məhsulunun (ÜDM) ilin ilk yarısında 5,8 faiz artaraq 222 trilyon 22 milyard soma çatdığı bildirildi.

 Özbəkistan Dövlət Statistika Komitəsi ilin ilk yarısına dair ÜDM göstəricilərini açıqlayıb. Açıqlamaya görə, 2019-ci ilin yanvar-iyun dövründə ölkədə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 222 trilyon 22 milyard soma (təxminən 26 milyard dollar) çatıb.

 Həmin dövrdə sənaye sektoru 6,9 faiz, kənd təsərrüfatı, meşə və balıqçılıq sektoru 2,1 faiz, tikinti sektoru 20 faiz, nəqliyyat və logistika sektoru 5,1 faiz, xidmətlər sektoru isə 4,1 faiz artıb.

 Yanvar-iyun dövründə ÜDM-də sənayenin payı 30,3%, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın payı 24,3 faiz, tikinti sektorunun payı 7,6 faiz, xidmətlər sektorunun payı isə 37,8 faiz təşkil edib.

 Ötən il Özbəkistanın ÜDM-si 5,1 faiz artımla 407 trilyon 514 milyard soma çatarkən, bu çərçivədə sənaye istehsalı 10,6 faiz, kənd təsərrüfatı, meşə və balıqçılıq sektorunda 0,3 faiz, tikinti sektorunda 9,9 faiz, xidmətlər sektorunda 5,4 faiz artım qeydə alınmışdı.

 Özbək hökuməti bu il ÜDM-nin orta hesabla 5 faiz artmasını nəzərdə tutur. Dünya Bankının yenilənmiş Qlobal İqtisadi Gözləntilər Hesabatında da Özbəkistanın ÜDM-nin 2019-ci ildə 5,3 faiz artım göstərəcəyi ehtimal edilir.



Әlaqәli Xәbәrlәr