Türkiyənin Ləl-cəvahirat ixracı artdı

İyun ayında Ləl-cəvahirat ixracı ötən ilin müvafiq dövrünə müqayisədə 9,52% artaraq 216 milyon 760 min 374 dollar reallaşıb.

1237335
Türkiyənin Ləl-cəvahirat ixracı artdı

Ləl-cəvahirat ixracatçılar Birliyinin İyun ayına dair hesabatına görə Ləl-cəvahirat ixracatı 2018-ci ilin İyun ayına müqayisədə 9,52% artaraq 216 milyon 760 min 374 dollara çatıb. İlin ilk altı ayında isə 1 milyard 652 milyon dollarlıq cəvahirat ixrac edilib. İyun ayında Avropa İttifaqına üzv ölkələrə reallaşdırılan cəvahirat ixracı 97,6 milyon dollar olarkən Avropanın digər ölkələrinə də 41,7 milyon dollarlıq qızıl və məhsulları ixrac edilib. Avropanı 31,8 milyon dollarlıq ixrac ilə Yaxın Şərq, 18,8 milyon dollarla da Şərqi Asiya ölkələri izləyib. Şimali Afrika ölkələrinə satdığımız Ləl-cəvahirat həcmi isə 12,3 milyon dollar olub. Ən çox ixracın rallaşdığı ölkə 67,5 milyon dollarla Böyük Britaniya olub. Bu ölkəni isə 31,9 milyon dollarla İsveçrə, 14,2 milyon dollarla Honkonq, 12,3 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri, 9,6 milyon dollarla ABŞ, 8,6 milyon dollar Almaniya və 8,5 milyon dollarlıq ixrac həcmi ilə də İsrail izləyib.

 



Әlaqәli Xәbәrlәr