Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi ilk dəfə Türkiyəyə çatdırıldı

Konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı “BGN” şirkətidir.

1230159
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi ilk dəfə Türkiyəyə çatdırıldı

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib.

Konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı “BGN” şirkətidir.

Nəql “SOCAR Karbamid” zavodunda palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə yola salınıb.



Әlaqәli Xәbәrlәr