Antalya altı ay ərzində 5 milyon 591 min 996 turisti qonaq etdi

Dünyanın ən əhəmiyyətli turizm destinasiyalarından biri olan Antalyaya iyun ayında 185 ölkeden 282 min 834 turist gəldi.

1228253
Antalya altı ay ərzində  5 milyon 591 min 996 turisti qonaq etdi

Dünyanın ən əhəmiyyətli turizm destinasiyalarından biri olan Antalyaya iyun ayında 185 ölkeden 282 min 834 turist gəldi.

Altı ay ərzində  şəhərə gələn əcnəbi turist sayı 16,84 faiz artımla 5 milyon 344 min 10-a çatdı.

Antalya Mədəniyyət və Turizm Valiyət Müdirliyinin məlumatına əsasən, keçən il 14 milyona yaxın turist qonaq edən Antalya bu il öz rekordunu qırmağa hazırlaşır.

Antalyaya sadəcə iyun ayında 2 milyon 204 min 220 əcnəbi turist gəldi.

Yerli turistlərin sayı isə 78 min 614 olaraq olaraq reallaşdı.

Antalya keçən il iyun ayında 2 milyon 3 min 195 turist qonaq etmişdi.

Şəhərə gələn əcnəbi turist sayında 6 ayda isə 16,84 faiz artım qeydə alındı.

Keçən il yanvar ilə iyun ayı dövründə 4 milyon 573 min 819 əcnəbi turistin gəldiyi şəhəri bu il 5 milyon 344 min 10 əcnəbi turist ziyarət etdi.

Yerli turist sayı isə keçən illə müqayisədə 6,33 faiz artımla 274 min 986 oldu.

Rusiya ilin 5 aylıq dövründə də Antalyaya ən çox turist göndərən ölkədir.

Rusiyanı Almaniya, Ukrayna, İngiltərə və Polşa təqib edir.

Şəhərə gələn turist sırasında Hollandiya, Litva, Qazaxıstan, Rumıniya və İsveç də ilk onluqda yer alıb.


Etiketlәr: #turizm , #Antalya

Әlaqәli Xәbәrlәr