"Qazprom" "Türk axını" və "Şimal axını 2" layihələrindəki son vəziyyəti qiymətləndirdi

"Türk axını" təbii qaz kəməri layihəsi çərçivəsində Türkiyənin Frakiya sahilindəki Kıyıköydə yerləşən terminal tikintisinin 80 faizi başa çatdı.

"Qazprom"  "Türk axını" və "Şimal axını 2" layihələrindəki son vəziyyəti qiymətləndirdi

 Rusiyanın  enerji  şirkəti "Qazprom" "Türk axını" və "Şimal axını 2" layihələri ilə bağlı yazılı açıqlama verdi.

  Açıqlamada şirkətin idarə heyətinin "Türk axını" və "Şimal axını 2" layihələrindəki son vəziyyəti qiymətləndirdiyi bildirildi.

  Hər iki layihənin inşasında müəyyən olunan təqvim istiqamətində irəliləyiş olduğu qeyd edilən açıqlamada Şimal axını 2" layihəsinin 59 faizlik hissəsini təşkil edən 1450 kilometrlik boru kəmərinin Baltik dənizinə çəkildiyi barədə məlumat verildi.

 Açıqlamada "Türk axını" layihəsində  Qara dənizdə boru kəməri sisteminin quraşdırılmasının tamamlandığı xatırladılaraq: "Türkiyənin  Frakiya sahilindəki Kıyıköydə yerləşən qəbul terminalınının inşasının 80 faizi başa çatıb" deyildi.

  "Qazprom" daha əvvəl verdiyi açıqlamada "Türk axını" layihəsində ilk qaz nəqlinin ilin sonuna qədər başlanmasının planlaşdırıldığını bildirilmişdi.

 Qeyd edək ki, Rusiyadan təbii qazı Türkiyə və Avropaya nəql edəcək "Türk axını" təbii qaz boru kəməri hər biri illik 15,75 milyard kubmetr tutuma malik iki xətdən ibarət olacaq.



Әlaqәli Xәbәrlәr