"Türkiyə ilə enerji, nəqliyyat və turizm əməkdaşlığının potensialı böyükdür", T.Bareys

Almaniya İqtisadiyyat və Enerji Nazirliyi Tomas Bareysin Türkiyə səfərilə bağlı yazılı məlumat paylaşaraq bildirib...

1216810
"Türkiyə ilə enerji, nəqliyyat və turizm əməkdaşlığının potensialı böyükdür", T.Bareys

  Almaniyanın iqtisadiyyat və enerji nazirinin müavini Tomas Bareys (Thomas Bareiss) Türkiyə ilə enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın potensialının böyük olduğunu söylədi.

  Almaniya İqtisadiyyat və Enerji Nazirliyi Tomas Bareysin Türkiyə səfərilə bağlı yazılı məlumat paylaşaraq bildirib:

  “Bareiss paytaxt Ankarada türkiyəli səlahiyyətlilərlə ikili görüşlər reallaşdırıb. Bunların mərkəz nöqtəsi Türkiyədə Almaniya şirkətləri üçün sərmayə fürsətləri və xüsusilə dəmir yolu sektorunda infrastrukturun genişlədilməsində əməkdaşlıq imkanları ilə bağlı olub.  

  Tomas Bareys Türkiyə-Almaniya Enerji Forumunda iki ölkə arasında enerji məhsuldarlığının artırılması və yenilənəbilən enerji layihələrini müzakirə edib.  

  Bareys Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmaierin Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmezə 23 oktyabrda paytaxt Berlində ediləcək III Türkiyə-Almaniya Enerji Forumuna dəvətini çatdırıb.

  Ankarada iki ölkə arasında turizm əlaqələrinin daha da genişləşdirilməsiylə əlaqədar da fikir mübadiləsi olub.

  Türkiyəli partnyorların Almaniya və şirkətləri ilə əməkdaşlığa çox əhəmiyyət veririk. Enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığımızın potensialı böyükdür.”



Әlaqәli Xәbәrlәr