Rusiya və Çin ticarətdə milli pul vahidindən istifadə üçün müqavilə imzaladı

Rusiya prezidenti Vladimir Putin Rusiya və Çinin ticarətdə milli pul vahidindən istifadəetmə tətbiqini inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı.

1214212
Rusiya və Çin ticarətdə milli pul vahidindən istifadə üçün müqavilə imzaladı

  Rusiya prezidenti Vladimir Putin Rusiya və Çinin ticarətdə milli pul vahidindən istifadəetmə tətbiqini inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı.

  Çin dövlət başçısı Şi Cinpinqlə Putin paytaxt Moskvada Kreml sarayında görüşdən sonra ortaq mətbuat konfransında açıqlama veriblər.

  V.Putin deyib:

  “İki ölkə arasındakı münasibətləri diqqətə alaraq beynəlxalq mövzuları müzakirə etdik. İqtisadi əlaqələrdən daha ayrıntılı şəkildə danışdıq.

  Çin Rusiyanın qabaqcıl xarici ticarət ortağı mövqeyindədir. Keçən il ölkələrimiz arasında ticarət həcmi 108 milyard dollar olmaqla rekord səviyyəyə çatdı.

  Ödəmə tətbiqini Rusiya və Çin milli pul vahidlərilə inkişaf etdirmək fikrindəyik. İkili ticarətdə rubl və yuanın istifadəsinin yayılması, qlobal bazarlar və banklardakı sabitliksizliyə qarşı davamlılığı təmin etmək məqsədiylə hökumətlərimiz arasında müqavilə imzaladıq.

  Koreya yarımadasındakı vəziyyətin həlli üçün də ortaq yol xəritəsi üzərində işləyirik. Bölgə problemlərinin həlli sülh və siyasi-diplomatik yoldadır, başqa alternativ ola bilməz. Suriyadakı böhran və Venezueladakı vəziyyətlə bağlı da Rusiya və Çin belə düşünür.

  Çin dövlət başçısı Şi Çinpinq də öz növbəsində çıxışında iki ölkənin bütün sahələrdəki əməkdaşlığının dinamik və məhsuldar şəkildə inkişafından məmnun olduqlarını dilə gətirib: “Əməkdaşlığımızın keyfiyyəti və səviyyəsi artmaqdadır. Enerji, sərmayə, kosmos və havaçılıq kimi sahələrdə böyük strateji layihələrimiz müvəffəqiyyətlə həyata keçir."



Әlaqәli Xәbәrlәr