İranın “Millət” bankı Böyük Britaniya hökumətini məhkəməyə verib

İranın “Millət” bankı Böyük Britaniya hökumətini məhkəməyə verib. Məhkəmə prosesi gələn həftə Londonda başlayacaq və 5 həftə davam edəcək.

1214300

2010-cu ildə Britaniya hökuməti “Millət” bankının aktivlərini dondurub. Bank Britaniya hökumətinin aktivləri dondurmasını qanunsuz hesab edərək Ali Məhkəməyə müraciət edib. Britaniyanın Ali Məhkəməsi bankın müraciətinə müsbət cavab verərək, məhkəmə araşdırmasının aparılması haqqında qərar qəbul edib.

Bank bildirib ki, Britaniya hökumətinin qanunsuz hərəkəti ucbatından müştəriləri qarşısındakı öhdəliyini yerinə yetirə bilməyib və külli miqdarda ziyana uğrayıb. Bank Britaniya hökumətindən 1,6 milyard dollar kompensasiya tələb edir.

İran mətbuatı yazır ki, həmin dövrdə baş nazir vəzifəsində çalışan Qorden Braun və maliyyə naziri Alister Darlinq ifadə vermək üçün məhkəməyə dəvət olunacaqlar.

Әlaqәli Xәbәrlәr