“Əslində bu, "iqtisadi savaş"dır, İranın nüvə proqramıyla əlaqəsi yoxdur", M.C.Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "iqtisadi döyüş" olaraq xarakterizə etdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarının aradan qalxmadan iki ölkə arasında dialoqun başlamayacağını söylədi.

1213574

  ABŞ dövlət katibi Mayk Pompeo iyunun 2-də etdiyi çıxışında İranla görüşlərə başlana biləcəyini açıqlamışdı. Cavad Zərif isə iyunun 3-də belə cavab verib:

  “ABŞ-ın sanksiyaları "iqtisadi döyüş"dür, İranın nüvə proqramıyla əlaqəsi yoxdur. Bu sanksiyalar qalxmadan ABŞ-la dialoq başlamayacaq.

  M.C.Zərif sosial media hesabından etdiyi video-paylaşmada isə İrana qarşı iqtisadi terrorizm günahsız vətəndaşları hədəf aldığına toxunaraq deyib:

  “Ürəyi qırılmış ananın uşağı böyüyür, amma hələ ona protez ayaq ala bilmir. Ana oğulunun ehtiyacı olan protez ayağı sanksiyalar ucbatından ala bilmir.”

Әlaqәli Xәbәrlәr