Türkiyənin ixrac həcmində artım qeydə alındı

Türkiyənin ixracatı aprel ayında, keçən ilin müvafiq dövrünə müqayisədə 4,6% artaraq 14 milyard 480 milyon dollara yüksəldi.

1211817
Türkiyənin ixrac həcmində artım qeydə alındı

Türkiyə Dövlət Statistika Komitəsi və Ticarət Nazirliyinin açıqladığı Aprel ayı müvəqqəti hesabatına görə ixrac həcmi keçən ilin müvafiq dövrünə müqayisədə 4,6% artaraq 14 milyard 480 milyon dollara çatıb. Həmin dövrdə xarici ticarət kəsiri 55,6% azalaraq 2 milyard 982 milyon dollar olub. İxracatın idxalata nisbəti isə ötən ilin Aprel ayında 67,4 olarkən cari ildə 82,9% -a yüksəldi.

Aprel ayında Almaniyaya 1 milyard 243 milyon dollarlıq müxtəlif məhsul ixrac edildi. Beləcə ən çox ixrac reallaşdırdığımız ölkələr siyahısında birinci sırada iştirak etdi. Bu ölkəni 819 milyon dollarla ABŞ, 777 milyon dollarla İtaliya, 754 milyon dollarla İraq izlədi.



Әlaqәli Xәbәrlәr