Türkiyə Özbəkistanın ən böyük 5 ticarət tərəfdaşından biridir

Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi ilin ilk 4 ayında 26,1% artaraq 730,6 milyon dollara yüksəlib.

1208844
Türkiyə Özbəkistanın ən böyük 5 ticarət tərəfdaşından biridir

Özbəkistan Dövlət Statistika Komitəsinin hesabatına görə Türkiyənin Özbəkistanın ümumi xarici ticarətindəki hissəsi 5,8% olub.

Türkiyə, 2019-cu ilin ilk 4 ayında Çin, Rusiya, Qazaxıstan və Cənubi Koreyadan sonra Özbəkistanın ən böyük 5-ci ticarət ortağıdır.

İki ölkə arasındakı ticarət həcmi ilin ilk 4 ayında 26,1% artaraq 730,6 milyon dollara çatarkən, həmin dövrdə Özbəkistan Türkiyəyə 347,1 milyon dollarlıq ixrac reallaşdırıb. Türkiyədən idxalı 383,5 milyon dollar olub.

2019-cu ilin yanvar-aprel aylarında Çin 2 milyard 552,1 milyon dollarlıq xarici ticarətlə Özbəkistanın ən böyük ticarət ortağı olarkən bu ölkəni 1 milyard 54,4 milyon dollarlıq xarici ticarət ilə Rusiya izləyib.

Xatırladaq ki, Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi, keçən il 39,9% artaraq 2 milyard 171,8 milyon dollara qalxmışdı.



Әlaqәli Xәbәrlәr