Rifat Hısarcıklıoğlu: "Türkiyə ilə ABŞ arasında sərbəst ticarət razılaşması imzalanmalıdır"

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) rəhbəri Rifat Hısarcıklıoğlu 75 milyard dollarlıq ticarət həcmi hədəfini əldə etmək üçün iki ölkə arasında sərbəst ticarət razılaşmasının zəruri olduğunu bildirdi.

1206177
Rifat Hısarcıklıoğlu: "Türkiyə ilə ABŞ arasında sərbəst ticarət razılaşması imzalanmalıdır"

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) rəhbəri Rifat Hısarcıklıoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp tərəfindən müəyyən olunan 75 milyard dollarlıq ticarət həcmi hədəfi üçün iki ölkə arasında sərbəst ticarət razılaşmasının  zəruri olduğunu bildirdi.

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) rəhbəri Rifat Hısarcıklıoğlu başçılıq etdiyi heyətlə  birgə bir sıra görüşlər keçirmək üçün ABŞ-a səfər etdi.

Hısarcıklıoğlu ABŞ səfəri proqramı ilə bağlı açıqlama verərək,  Çikaqo görüşlərinin ki hissədən ibarət olduğunu söylədi.

TOBB rəhbəri bunları  bildirdi: "İlk növbədə, Çikaqoda Türk mətbəxini ən orijinal halı və Türk yeməklərini həqiqi adları ilə tanıtmaq üçün Türk sahibkarlarının qurduğu "Turkitch" adlı restoranın açılışını etdik. Sabah da Ticarət Nazirliyi ilə əldə etdiyimiz razılaşma çərçivəsində, böyük ehtimalla Çikaqoda yaradacağımız Türk Ticarət Mərkəzi il bağlı görüşlərimiz olacaq " dedi.

Hisarcıklıoğlu Çikaqo görüşlərindən sonra heyətlə birlikdə Vaşinqtona gedəcəklərini söylədi.

Türk-amerikan iqtisadi əlaqələrinin son dövrdəki inkişafına toxunan  Rifat Hısarcıklıoğlu iki ölkə arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp tərəfindən müəyyən  olunan 75 milyard dollarlıq ticarət həcmi hədəfinin olduğunu xatırladaraq :"Qarşılıqlı güzəştlər olmasa, bu 75 milyard dollarlıq hədəfə necə çatacağıq? Onun üçün şübhəsiz Türkiyə ilə ABŞ arasında sərbəst ticarət razılaşmasının imzalanmasını istəyirik" dedi.

TOBB rəhbəri Rusiyadan gələn S-400 hava sistemləri məsələsi ilə bağlı verilən sula bu şəkildə cavab verdi:"Türkiyə özünü müdafiə etmək və xarici təhdidlərdən qorunmaq üçün ABŞ-dan illərlə "Patriot" sistemini almağa çalışdı. Bunları verməyən ABŞ-dır. Türkiyə 80 milyon insanını və ərazi bütövlüyünü qorumalıdır".



Әlaqәli Xәbәrlәr