Çin ABŞ istehsalı olan məhsullara gömrük tarifini 5-25 faiz artırdı

Çin 60 milyard dollar məbləğindəki ABŞ istehsalı olan məhsullara gömrük tarifinin 5-25 faiz nisbətində artırdığını bildirdi.

1200411
Çin ABŞ istehsalı olan məhsullara gömrük tarifini 5-25 faiz artırdı

Çin 60 milyard dollar məbləğindəki ABŞ istehsalı olan məhsullara gömrük tarifinin 5-25 faiz nisbətində artırdığını bildirdi.
 
 Çin Dövlət Şurası Tarif və Vergi Komissiyasından verilən açıqlamada Amerika Birləşmiş Ştatlarının 200 milyard dollar dəyərindəki Çin mallarına gömrük tarifini 10 faizdən 25 faizə çıxarmasına cavab tədbirləri olaraq 60 milyard dollar məbləğindəki ABŞ istehsalı olan məhsullara gömrük tarifinin 5 - 25 faiz nisbətində artırıldığı qeyd edildi.
 
 Tətbiqin iyunun 1-dən etibarən qüvvəyə minəcəyi ifadə edilən açıqlamada artımın 5 faiz, 10 faiz, 20 faiz və 25 faiz səviyyələrində olmaqla, 2 min 493 məhsulu əhatə etdiyi bildirildi.
 
 Vaşinqton rəhbərliyinin Çinə qarşı vergi artımı qərarı ilə Pekin rəhbərliyinə də vergiləri qaldırmaqdan başqa seçim qoyulmadığı vurğulanan açıqlamada deyilir:"Çin tərəfinin vergi artımı tədbirləri ABŞ-ın təktərəfliliyinə və ticari qorumacılığına qarşı cavabdır. Çin ABŞ-ın ikitərəfli ticarət danışıqlarının doğru orbitinə qayıtmasına ümid edir". 
 
 Pekin rəhbərliyi, eyni zamanda, ABŞ-a "ortaq məxrəc"ə gəlmə müraciətini təkrarladı.
 
 Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gıng Şuang gün ərzində keçirdiyi mətbuat konfransında: "Bir neçə dəfə gömrük tariflərini artırmağın heç bir problemi həll etməyəcəyini dedik. Çin heç vaxt xarici təzyiqə təslim olmayacaq" demişdi.
 
 ABŞ ilə Çin arasında "ticarət müharibəsi"nin bir ili başa çatdı.
 
 "Ticarət müharibə"si müzakirələrinin son iclasında iştirak etmək üçün keçən həftə cümə günü ABŞ-a gedən Çin baş nazirinin köməkçisi Liu Hı müzakirələrdən əliboş qayıtmışdı.
 
 Çin və ABŞ heyətlərinin iki gün ərzində apardığı danışıqların bir nəticəsi olmadı.

 Çin Ticarət Nazirliyi cümə günü 200 milyard dollar məbləğindəki Çin mallarına tətbiq edilən tarifin 10 faizdən 25 faizə çıxmasına reaksiya göstərərək: "Buna görə dərindən kədərləndik. Lazımi əks tədbirlər görmək məcburiyyətində qalacağıq" deyə bir açıqlama vermişdi.
 
 ABŞ Prezidenti Donald Tramp ötən cümə "Twitter" vasitəsilə verdiyi açıqlamada Çin nümayəndə heyəti ilə keçirilən görüşlərdə çox az irəliləyiş qeyd edilməsini əsas göstərərək, 200 milyard dollarlıq Çin məhsullarına 10 faiz olaraq tətbiq edilən gömrük vergisini 25 faizə qaldırdığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr