"New York" Beynəlxalq Avtomobil Sərgisi

Dünyadakı avtomobil sənayesinin ən qədim fuarlarından hesab edilən və bu il 119-su təşkil ediləcək "New York"2 Beynəlxalq Avtomobil Sərgisi 19 apreldə qapılarını gələnlərə açacaq.

1185615
"New York" Beynəlxalq Avtomobil Sərgisi

Firmaların satışa çıxaracaqları yeni modellərlə yanaşı konsept avtomobillər də nümayiş etdiriləcək olan sərgidə elektrikli avtomobillər və SUV maşınlara marağın yüksək olması gözlənilir.

Manhattan bölgəsinin qərbində yerləşən "Jacob Javits Convention Center"də təşkil ediləcək sərgidə, keçən il Amerika Birləşmiş Ştatları bazarında ən çox maraq göstərilən avtomobillər arasında iştirak edən "Toyota RAV 4"dən başqa "Subaru", "Volkswagen", "Acura", "Cadillac" və "Lincoln"un SUV modellərinin nümayiş etdiriləcəyi gözlənilir.

Digər tərəfdən, "Jaguar I-Pace" elektrikli SUV, "New York" Beynəlxalq "Auto Show"da Dünya Avtomobil mükafatlarına layiq görüldü.

"Jaguar"ın ilk elektrikli avtomobili ən yaxşı dizayn, ən yaxşı yaşıl avtomobil və ən yaxşı avtomobil mükafatının sahibi oldu.

Sərgi 19-28 aprel tarixləri arası açıqdır. 



Әlaqәli Xәbәrlәr