Türkiyənin bor ixracı

Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz Türkiyənin bor ixracının 1 milyardı keçdiyini bildirdi.

1185149
Türkiyənin bor ixracı

Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz Türkiyənin bor ixracının 1 milyardı keçdiyini bildirdi.

Fateh Dönməz Nəvşəhirdə Beynəlxalq Bor simpoziumunun (BORON 2019) açılış hissəsində etdiyi çıxışda bor mədəninin müqaviməti artıran və alovun alışmasını yubadan xüsusiyyətlərilə yanaşı xərçəng xəstəliyinə mane olma, enerji daşıyan və saxlayan xüsusiyyətlərilə 250-dən çox sahədə istifadə olunduğunu söylədi.

Türkiyənin dünya bor ehtiyatının 73 faizinə sahib olduğunu ifadə edən nazir bordan əlavə keyfiyyəti olan məhsullar istehsal edilməsi üçün yeni bir təşkilatlanma prosesi başlatdıqlarını və “Bor Araşdırma Mərkəzi” qurulmasına dair fəaliyyətlərin davam etdiyini vurğuladı.

Dönməz borun kənd təsərrüfatında istifadəsinin də artmaqda davam etdiyini bildirərək, borun biktilərin böyümə və inkişafında önəmli rol olduğunu qeyd etdi.

“Bir bitkilərin şaxta və zərərli növlərə qarşı müqavimətini artıraraq əkin məhsuldarlığına ciddi töhfə verir. Müxtəlif məhsullarda bordan istifadə edildiyi layihələr nəticəsində məhsuldarlıqda 20 faiz artım müşahidə olundu. Ölkə xaricinə 9 min tondan artıq borlu gübrə ixrac etdik. Keçən il bor ixracı 1 milyard dollardan artıq oldu. Hazırda 110 ölkəyə bor ixrac edirik. Yerli və milli BORON adlı təmizlik maddəsinin istehsalı da artmaqda davam edir” deyə nazir Dönməz sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr