Türkiyədən Rusiyaya pomidor ixracı rekord seviyyədə artdı

Türkiyədən Rusiyaya pomidor ixracı Yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə müqayisədə 411% artaraq 47 milyon 521 min dollara çatıb.

1182177
Türkiyədən Rusiyaya pomidor ixracı rekord seviyyədə artdı

Egey İxracatçı Birliklərinin (EİB) məlumatlarına görə, Türkiyə keçən il 53 ölkəyə reallaşdırdığı pomidor ixracından 292 milyon dollar gəlir əldə etdi.

Bildirilir ki, 2018-ci ilin Yanvar-mart aylarında Türkiyə-nin Rusiyaya 9 milyon 297 min dollarlıq pomidor ixracı  edib. Bu rəqəm cari ilin müvafiq dövründə 47 milyon 521 min dollar olub. Rusiyanı isə Rumıniya və Bolqarıstan izləyib. Pomidor ixracatçıları daha Uzaq Şərq bazarına da daxil olmaq istəyirlər. Bu çərçivədə Çin Xalq Respublikası ilə danışıqlar aparılır.

 



Әlaqәli Xәbәrlәr