Türkiyәdәn Rusiyaya ixrac artıb

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin  (ŞKİB) göstəricilərinә әsasәn, ilin ilk rübündə Rusiyaya 621 min 744 ton məhsul ixrac olunub.

1180619
Türkiyәdәn  Rusiyaya ixrac artıb

 

Türkiyədən ilin ilk rübündə Rusiya Federasiyasına edilәn  ixracat ötən ilin eyni dövrü ilә müqayisәdә 5 % artaraq  866 milyon 551 min 222 dollar olub.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin  (ŞKİB) göstəricilərinә әsasәn, ilin ilk rübündə Rusiyaya 621 min 744 ton məhsul ixrac olunub.

Ötən ilin eyni dövründə Rusiyaya 826 milyon 935 min 504 dollar mәblәğindә ixrac hәyata keçirilmişdi.

Beləliklə  sözügedən ölkəyə ixracat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 % artıb.



Әlaqәli Xәbәrlәr