"Şimal axını 2" təbii qaz layihəsinin 40% tamamlandı
Rusiyanın energetika şirkəti "Qazprom" məlumat yayıb: "Şimal axını 2" təbii qaz layihəsi çərçivəsində 978 kilometr boru xətti çəkilərək işlirin 40%-i tamamlanıb.
1180072

Gazpromun yazılı şərhində: “Qazprom şirkətinin rəhbəri Alexei Miller və Fransanın Moskvadakı səfiri Sylvie Bermann, Sankt-Peterburqda bir araya gəlib. Yığıncaqda, "Şimali axın 2" layihəsi müzakirə edilib.
Qeyd edək ki, 10 milyard avro xərclənəcəyi gözlənilən layihə ilə ildə 55 milyard kubmetr Rus qazı Baltik dənizindən Almaniyaya çatdırılacaq.
ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin müxalif olduqları layihənin tərəfdaşları arasında Qazprom başda olmaqla Shell, OMV, Engie, Uniper və Wintershall kimi Qərb şirkətləri iştirak edir.