Dünya Bankı Özbəkistana kredit verəcək

Dünya Bankı Özbəkistanın şərqindəki Fergana vadisində  sahibkarlığın inkişaf etdirilməsi üçün 200 milyon dollar kredit verəcək.

1171095
Dünya Bankı  Özbəkistana kredit verəcək

Dünya Bankı Özbəkistanın şərqindəki Fergana vadisində  sahibkarlığın inkişaf etdirilməsi üçün 200 milyon dollar kredit verəcək.

Dünya Bankının Özbəkistan Nümayəndəliyindən verilən məlumata görə, Dünya Bankı direktorlar heyəti Özbəkistanın Fergana, Namangan və Andican şəhərlərində ətraf ərazilərdə sahibkarlığın dəstəklənməsi üçün 200 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib.

Layihə çərçivəsində ətraf ərazilərdəki müəssisələrin qiymətinin artırılmasına və şəhər bölgələrindəki bazarlarla əlaqələrin gücləndirilməsinə kömək olunacaq, ayrıca bölgədə kənd təsərrüfatı, ərzaq, əl sənətləri istehsalı və turizm sektoru kimi kiçik iş qollarının inkişafı dəstəklənəcək. Bölgədəki 20 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.

1995-ci ildə Dünya Bankına üzv olan Özbəkistana bank tərəfindən indiqədək təqribən 4 milyard dollarlıq kredit verilib.



Әlaqәli Xәbәrlәr