"Brexit qeyri-müəyyənliyi sona yetərsə...” A.Merkel

Almaniya kansleri Angela Merkel Almaniya iqtisadiyyatının İngiltərənin Avropa İttifaqından ayrılmasına - "sərt Brexit"ə hazır olduğunu açıqladı.

1169245
"Brexit qeyri-müəyyənliyi sona yetərsə...” A.Merkel

   Martın 22-də Belçikanın paytaxtı Brüsseldə Aİ liderləri toplantısından sonra mətbuata məlumat verən A.Merkel bildirib:

  “Avropa İttifaqının 27 üzvünün qəbul etdiyi qərara görə, Brexit İngiltərə parlamentində gələn həftə təsdiqlənərsə, 22 mayda, əks halda 12 aprelə qədər sürə bilər. Hələlik 29 martdakı nizamsız Brexiti saxlamışıq və İngiltərə parlamentinin nə qərar verəcəklərini gözləyirik.

  Brexit qərarı gecikərsə də, bu, 26 mayda keçiriləcək Avropa Parlamenti (AP) seçkilərinə mane olmayacaq.

  Təxminən 120 milyard avroluq ticarət həcmi ilə İngiltərə keçən il Almaniyanın ən əhəmiyyətli ticarət tərəfdaşları içində altıncı sıradadır.”

  Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin-Aİ əlaqələrinə də münasibət bildirən Almaniya kansleri deyib:

  “Çin və Avropa İttifaqı həm ortaq, həm də rəqibdir. Əlaqələr qarşılıqlı prinsiplər üzərində qurulur.

  Brexit qeyri-müəyyənliyi, ABŞ-Çin ticarət əlaqələri, avtomobil sektorunda yavaşlama Almaniya iqtisadiyyatına təsir edir.”



Әlaqәli Xәbәrlәr