Novruzda 10 min iranlı turist Quşadasına gələcək

Türkiyənin Aydın vilayətinin Quşadası qəsəbəsində fəaliyyət göstərən Turizm Təbliğat Dərnəyinin sədri Bülənt İlbahar Novruz bayramına görə 10 min iranlı turistin qəsəbəyə gələcəyini söyləyib.

1166637

Tur agentliklərindən birinin də icra heyətinin sədri olan İlbahar jurnalistlərə açıqlamasında deyib: “Ölkələrindəki 13 günlük Novruz bayramı tətili münasibətilə iranlı turistlər Quşadasına gəlməyə başladı. İzmir Adnan Məndərəs Hava limanına çarter reysilə 400 nəfərlik ilk qrup gəldi və hotellərdə yerləşdirildi. İranlı dostlarımız novruz tətilini keçirmək üçün ölkəmizə böyük maraq göstərir. Qəsəbəmizə on min iranlı turist gələcək. Bu gün 400 nəfərlik ilk qafilə gəldi. Bizim və diğər tur agentliklərinin Antalyaya gətirəcəyi iranlı turist sayı 30-40 min olacaq. İstanbul, Bodrum və şosə yoldan gələcək olanlar var. Novruz tətilindən sonra çarter reys sayı azalsa da İran uçuşları və qonaqlarımızın gəlməsi oktyabr ayının axırınadək davam edəcək.”

Әlaqәli Xәbәrlәr