Rusiya Qərbi Avropaya rubl ilə ilk qaz satışını həyata keçirdi

“Qazprom”un ixracat qolu “Qazprom Export”dan verilən yazılı açıqlamada bildirilir ki, Qərbi Avropaya rublla ilk təbii qaz satışı elektron satış platforması üzərindən həyata keçirilib.

1159312
Rusiya Qərbi Avropaya rubl ilə ilk qaz satışını həyata keçirdi

  Rusiyanın enerji şirkəti “Qazprom” Qərbi Avropaya Rusiya rublu ilə ilk qaz satışını həyata keçirib.

  “Qazprom”un ixracat qolu “Qazprom Export”dan verilən yazılı açıqlamada bildirilir ki, Qərbi Avropaya rublla ilk təbii qaz satışı elektron satış platforması üzərindən həyata keçirilib.

  “Qazprom Export”un Baş direktoru Yelena Burmistrova mövzu ilə bağlı deyib: “Rubl üzərindən həyata keçirdiyimiz satış təkcə kommersiya deyil, eyni zamanda simvolik məna daşıyır. Rublla təbii qaz satışları artırmaq niyyətindəyik.”

  Qeyd edək ki, elektron satış platforması Avropa istehlakçılarına mövcud sazişlərlə yanaşı, əlavə təbii qaz satılmasını da təmin edir.

  Amerika Birləşmiş Ştatları və bir çox Qərb ölkəsinin tətbiq etdiyi sanksiyalarla bağlı Rusiya rəsmiləri ölkə iqtisadiyyatında dolların istifadəsini azaltmağa çalışır.

  Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Rusiya Maliyyə Nazirliyi və Rusiya Mərkəz Bankı ilə ölkə iqtisadiyyatının "dollarsızlaşdırılması" üçün müxtəlif addımlar atılacağını bildirmişdi.

  Rusiya Mərkəz Bankının verdiyi məlumata görə, 2018-ci ilin ikinci rübündə bankın 100 milyard dollarlıq ehtiyatı yuan və avroya çevrilib.



Әlaqәli Xәbәrlәr