Türkiyədən ixrac edilən çiçəklər 20 ölkədən qadınları sevindirəcək

8 Mart Bəynəlxalq Qadınlar Günü münasibətilə Türkiyədən 20 ölkəyə təqribən 5 milyon dollarlıq çiçək ixrac ediləcək.

1158242
Türkiyədən ixrac edilən çiçəklər 20 ölkədən qadınları sevindirəcək
cicekler.jpg
cicek.jpg
cicek ihracat.jpg

8 Mart Bəynəlxalq Qadınlar Günü münasibətilə Türkiyədən 20 ölkəyə təqribən 5 milyon dollarlıq çiçək ixrac ediləcək.

Orta Anadolu Bəzək Bitkiləri və Məmulları İxracatçıları Birliyinin icra heyəti sədri İsmayıl Yılmaz, 18 fevral “Sevgililər günü” sifarişindən sonra 8 Mart Bəynəlxalq Qadınlar Günü üçün fəaliyyətlərini davam etdirdiklərini, təqribən 20 gündür fəallıq olduğunu deyib.

8 Mart Bəynəlxalq Qadınlar Günü üçün son ixracın dünən reallaşdığını bildirən Yılmaz “20 ölkəyə 35 milyondan ədəd çiçək göndərdik. Ən çox Ukrayna, Rumıniya və Bolqarıstana ixrac edildi çiçəklər. Qadınlar günü ümumilikdə Şərq Bloku ölkələrində fəal şəkildə qeyd olunur. Avropanın şərq tərəfində bu ölkələrdəki kimi bir coşğu yoxdur” deyib.

Çiçəklik sektoru olaraq 100-dən artıq növ üzərində istehsal olduğunu, ancaq ümumilikdə qərənfil ixrac edildiyini bildirən Yılmaz fərqli növdəki çiçəklərin daxili bazarda qiymətləndirildiyini söylədi.



Әlaqәli Xәbәrlәr