Çin ÜDM-in artımını 6-6,5 faiz səviyyəsində hədəfləyib

Məlumata əsasən,  bu, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) ikinci sessiyasında hökumətin təqdim etdiyi iş planında əksini tapıb.

1157418
Çin ÜDM-in artımını 6-6,5 faiz səviyyəsində hədəfləyib

Çin cari il üçün ümumi daxili məhsulun (ÜDM) artımını 6-6,5 faiz səviyyəsində hədəfləyib.

Məlumata əsasən,  bu, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) ikinci sessiyasında hökumətin təqdim etdiyi iş planında əksini tapıb. Plan martın 15-dək davam edəcək sessiyanın gedişində təsdiq üçün səsə qoyulacaq.

Hökumət cari maliyyə ili üçün inflyasiyanın 3 faiz səviyyəsində olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Çin iqtisadi islahatların başlamasından ötən 40 il ərzində sürətli inkişaf yolu keçərək, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan ölkəyə çevrilib. Ötən il ÜDM 6,6 faiz artaraq 90 trilyon yuanı (13,45 milyard ABŞ dolları) ötüb.



Әlaqәli Xәbәrlәr