“Türk axını”nın Bolqarıstandan keçməsi üçün Aİ-dən zəmanət alınmaldır", D.Medvedev
Rusiyanın Baş naziri Dmitri Medvedev “Türk axını”nın Bolqarıstandan keçməsi üçün Sofiyanın Avropa İttifaqından (Aİ) layihənin dayandırılmayacağına dair zəmanətlər almasının vacibliyini vurğulayıb.

Rusiyanın Baş naziri Dmitri Medvedev “Türk axını”nın Bolqarıstandan keçməsi üçün Sofiyanın Avropa İttifaqından (Aİ) layihənin dayandırılmayacağına dair zəmanətlər almasının vacibliyini vurğulayıb.
“Sputnik”in xəbərinə görə, Bolqaristanda dərc olunan “Trud” qəzetinə müsahibə verən Medvedev deyib: “ ‘Türk axını’ layihəsinin Bolqarıstan, Serbiya və Macarıstandan keçməsi ehtimalı üzərində işləyirik. Bolqarıstan yaxın zamanda qaz nəqliyyatı sisteminin inkişafına dair sərmayə qoyma qərarı qəbul etdi. Tikinti işlərinin başlaması üçün yol açıqdır. Ancaq bunun kimi böyük və bahalı layihə üçün əlavə zəmanətlər lazımdır. Yeni boru kəməri “Cənub axını”nın həzin aqibətini təkrarlamamalıdır. “Türk axını”nın Bolqarıstandan keçirilməsi rəsmi Sofiyanın Aİ-dən bu boru kəməri ilə qaz nəqliyyatı planlarına mane olub olmayacağına dair güclü zəmanətlər almasından asılıdır.”
Medvedev “Türk axını”nın haradan uzadılacağına dair seçimin ümumilikdə qaz nəqliyyatı quruluşunun hazırlıq vəziyyətindən, həmin ölkələrin hökumətlərinin layihə ilə hansı səviyyədə maraqlandıqlarından və dəqiq addım atmalarından asılı olduğunu vurğulayıb.
Medvedev “Qaz sahəsində ölkələrimiz arasında əməkdaşlıq edilməsinin iqtisadiyyatlarımızın mənfəətinə olacağından arxayınıq. Həm Rusiyanın həm Bolqarıstanın, həmin zamanda Avropanın da mənfəətinə olacaqdır” deyib.
Qeyd edək ki, Bolqarıstan 2014-cü ildə Avropa Komissiyasının təkidlərinə görə “Cənubi axın” təbii qaz kəməri layihəsindən çəkilmişdi.
Әlaqәli Xәbәrlәr

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb