Çin - ABŞ ticarət danışıqlarının növbəti mərhələsi başlayır

Çin Ticarət Nazirliyi Baş nazirin müavini Liu Hının 7-ci kommersiya danışıqları üçün Amerika Birləşmiş Ştatlarına (ABŞ) toplantıya gedəcəyini bildirib.

1147944

  Çin dövlət başçısı Şi Cinpinqin xüsusi nümayəndəsi olaraq 21-22 fevralda ABŞ-a gedəcək, VII Çin-ABŞ Yüksək Səviyyəli Toplantıda iştirak edəcək Liu müzakirə çərçivəsində ABŞ Xəzinə naziri Stiven Mnuçin və Ticarət naziri Robert Laythayzer (Lighthizer) ilə bir araya gələcək.

  Xatırladaq ki, Çində 14-15 fevralda keçirilən ticarət müzakirələrində hər iki tərəfin ortaq maraq sahələri olan texnologiya transferi, mülkiyyət hüquqlarının qorunması, vergi rahatlığı, xidmət və kənd təsərrüfatı sektorları, ticarətdə icra mexanizmləri kimi mövzular müzakirə edilmiş və əsas məsələlərdə fikir birliyinə gəlindiyi bildirilmişdi.  

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Çin dövlət başçısı Şi Cinpinqin Argentinada keçirilən G 20 Zirvə toplantısında ticarət mübahisələrilə bağlı martın 1-də bitəcək 90 günlük atəşkəs edilmişdi.

Әlaqәli Xәbәrlәr