Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan sazişlər

Səudiyyə Ərəbistanı və Pakistan neft-kimya, enerji və mədənçilik kimi sahələrdə 20 milyard dollarlıq sərmayə qoyuluşu barədə razılaşma imzalayıb.

Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan sazişlər

Səudiyyə Ərəbistanı və Pakistan neft-kimya, enerji və mədənçilik kimi sahələrdə 20 milyard dollarlıq sərmayə qoyuluşu barədə razılaşma imzalayıb.

Rəsmi səfərlə Pakistanda olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri İmran Xanın iştirakı ilə imza mərasimi keçirilib.

Vəliəhd şahzadə Məhəmməd bin Salman mərasimdə etdiyi çıxışda vəliəhd şahzadə olduğu 2017-ci ildən bəridir ilk rəsmi səfərini Pakistana etdiyini bildirərək deyib: “Bu ölkədə qoyacağımız sərmayə iki ölkə üçün də əhəmiyyətlidir. İki ölkə turizm sahəsində də sazişlər imzalayacaq. 2030-cu ildən sonrakı illər üçün turist sayını qarşılıqlı olaraq 50 milyona çıxarmaq istəyirik.

Pakistanın Baş naziri İmran Xan isə turizm və neft-kimya sahəsində daha çox əməkdaşlıq etmək istədiklərini vurğulayaraq bildirib: “Keçirilən görüşlərdə Pakistanlı zəvvarların Səudiyyə Ərəbistanına səfərləri və viza rejiminin asanlaşdırılması, bu ölkənin həbsxanalarında olan 3 mindən artıq məhkumun azad buraxılması tələb edildi”.

Müraciətlərdən sonra keçirilən mərasimdə neft-kimya, mədənçilik, neftayırma zavodu, enerji istehsalı, yenilənə bilən enerji layihələri, xidmət sektoru ilə gənclik və idman sahələrində 20 milyard dollarlıq razılaşma sənədi və sazişlərə qol çəkilib.



Әlaqәli Xәbәrlәr