Əqrəb zəhəri Türkiyənin ixracdan əldə etdiyi gəlirə əhəmiyyətli töhvə verəcək

Dərman sənayesində istifadə edilən və litri təxminən 10 milyon dollara satılan, dünyanın ən bahalı mayelərində olan əqrəb zəhəri  çox yüksək maya dəyəri ilə Türkiyənin ihracına töhvə verəcək.

1137775

Eskişehirdə 40 sərmayəçi tərəfindən təsis edilən "Albila" şirkəti əqrəblərin zəhərini toplayaraq elmi araşdırmalar aparır və onlardan zərdab əldə edir.

Panzəhər istehsalında istifadə edilən əqrəb zəhərinin çox yüksək maya dəyəri ilə Türkiyənin ihracına töhvə verəcəyi nəzərdə tutulur. 

"Financial Times" qəzeti də "Albila" şirkətinin həyəcan verən layihəsi barəsində yazdı.

Qəzetdə dərc olunan xəbərə görə, əqrəb zəhərinin əldə edilməsi yavaş və çox əmək tələb edən bir prosesdir.  Xəbərdə 13 -19 min avro qiyməti olan əqrəb zəhərinin dünyanın ən bahalı məhsulu olduğu bildirilir.

Hökumət də əqrəb antizərdabı, ilan antizərdabı və quduzluq antitoksini məhsullarını milliləşdirmə və yerliləşdirmə layihəsi ilə dəstəkləyir.

Məhsulun  2019-cu ilin sonuna yaxın satılması planlaşdırılır. Şirkət istehsalın 75 faizini ixrac etməyi nəzərdə tutur.
 
Әlaqәli Xәbәrlәr