Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı artıb

Türkiyədən Rusiyaya 2018-ci ildə 3 milyard 453 milyon dollarlıq meyvə və tərəvəz ixrac edilib.

1126750
Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı artıb

Hesabata görə keçən il Rusiyaya reallaşdırılan 1 milyon 30 min ton təzə meyvə və tərəvəz ixracından 659 milyon 526 min dollar gəlir əldə edilib.

Məlumata görə Rusiyaya ötən il ən çox ixrac reallaşdıran sektorların başında isə avtomobil sənayesi gedir. Bu sektorun Rusiyaya etdiyi ixrac həcmi 453 milyon 572 min dollar olub. İkinci sırada isə kimyəvi maddələr və ondan hazırlanan məmulatlar iştirak edir.

Digər tərəfdən, Şərqi Qaradənizdən Rusiyaya ötən il reallaşdırılan ixrac həcmi 1 milyon 563 milyon 562 min dollara çatıb.

Qeyd edək ki, Rusiyaya edilən ixracın 39%-nu, təzə meyvə və tərəvəz məhsulları təşkil edir.



Әlaqәli Xәbәrlәr