Özbəkistanda xarici sərmayəli ən çox şirkət quran ölkələr arasında Türkiyə də yer tutur

Türkiyə ötən il Özbəkistanda xarici sərmayəli ən çox şirkət quran ölkələr arasında yer aldı.

1126150
Özbəkistanda xarici sərmayəli ən çox şirkət quran ölkələr arasında Türkiyə də yer tutur

Türkiyə ötən il Özbəkistanda xarici sərmayəli ən çox şirkət quran ölkələr arasında yer aldı.

 Özbəkistan Dövlət Statistika Komitəsinin açıqlamasında 2018-ci ildə ölkədə xarici sərmayə ilə qurulan müəssisələr haqqında məlumat verilib.

 Buna görə, 2017-ci ildə ölkə daxilində xarici sərmayəli 863 şirkət qurulub. Bu rəqəm keçən il 37 faiz artımla 2 min 385 olub.

 Beləliklə, yanvarın 1-dən etibarən ölkədəki xarici sərmayəli şirkətlərin ümumi sayı 7 min 560-a çatıb.

 2018 nəticələrinə görə, Özbəkistanda ən çox şirkət quran ölkələr arasında 428 şirkət ilə Rusiya ilk yeri tutarkən, 364 şirkət quran Türkiyə

 Bu zaman Çin sərmayəsilə 351, Qazax sərmayəsilə 246, Cənubi Koreya sərmayəsilə isə 161 şirkət qurulub.

 2018-ci ildə ən çox şirkət quran digər ölkələr arasında Əfqanıstan, Hindistan, Almaniya, Ukrayna və Azərbaycan da yer alıb.

 Xarici sərmayəli şirkətlər ən çox ölkənin Daşkənd, Səmərqənd və Xarəzm bölgələrində qurularkən, ölkədə qurulan xarici sərmayəli şirkətlər ən çox sənaye, ticarət, tikinti və tikinti materialları sektorlarına sərmayə qoyub.



Әlaqәli Xәbәrlәr