Dünya Bankının qlobal iqtisadi böyümə proqnozu
Dünya Bankı, 2018, 2019 və 2020-ci illərə dair qlobal iqtisadi artım proqnozlarını aşağı salıb.

Dünya Bankının "Qlobal İqtisadi Perspektiv" hesabatında, 2018-ci ilin sonuna dair qlobal inkişaf proqnozu 3,1%-dən 3%-ə, 2019-cu il üçün 3%-dən 2,9%-ə endirilib.
Hesabatda, 2020-ci ilə dair qlobal iqtisadi artım proqnozunun 2,9%-dən 2,8%-ə salındığı, 2021-də isə qlobal artımın 2,8 faiz təşkil edəcəyinin gözlənildiyi qeyd edilib.
Beynəlxalq ticarət fəaliyyətinin səngidiyi, qlobal ticarət gərginliyinin artdığı və bəzi böyük inkişaf etmiş iqtisadiyyatların bazar təzyiqi ilə qarşı-qarşıya qaldığı bildirilən hesabatda, inkişaf etmiş iqtisadiyyatların 2018-ci ilin sonunda 2,2 faiz, 2019-da 2 faiz səviyyəsində inkişaf edəcəyinin gözlənildiyi bildirilib.
Hesabatda, ABŞ iqtisadiyyatının 2018-ci il üçün iqtisadi artım proqnozunun 2,7%-dən 2,9%-ə qaldırıldığı, 2019 üçün 2,5 faiz səviyyəsində sabit saxlandığı, 2020-ci il üçün 2%-dən 1,7%-ə salındığı qeyd edilib.
Hesabatda, xarici tələbdəki azalma, artan borc xərcləri və davam edən siyasi qeyri-müəyyənliklərin inkişaf etmiş iqtisadiyyatların artması üzərində təzyiq yaratmağa davam etməsinin gözlənildiyi vurğulanıb.
Dünya Bankının hesabatında, Avro Bölgəsi üzrə iqtisadi artım proqnozunun 2018-ci il üçün 2,1%-dən 1,9%-ə, 2019-a dair inkişaf proqnozunun 1,7%-dən 1,6%-ə salındığı qeyd olunub.
Avrozonanın 2020-ci ildə inkişaf proqnozunun 1,5 faizdə sabit saxlanıldığı hesabatda, regiondakı inkişafın 2021-ci ildə 1,3 faiz təşkil etməsinin gözlənildiyi qeyd edilib.
İnkişaf etməkdə olan iqtisadiyyatlara dair proqnozlar da endirilib
İnkişaf etməkdə olan iqtisadiyyatların 2018-ci ilin sonuna dair artım ehtimalı 4,5%-dən 4,2%-ə, 2019 üçün 4,7%-dən 4,2%-ə, 2020 üçün 4,7%-dən 4,5%-ə endirilib.
Dünya Bankının hesabatında, Çin iqtisadiyyatında 2018-ci ilin sonuna dair iqtisadi artım proqnozu 6,5 faiz ilə sabit saxlanılıb, 2019-cu ildə ölkə iqtisadiyyatında inkişafın yavaşlayacağının gözlənildiyi qeyd edilib.
Çində iqtisadi artım proqnozu bu il üçün 6,3%-dən 6,2%-ə endirilib. 2020-ci il üçün proqnozun 6,2 faizdə sabit saxlandığı bildirilən hesabatda, ölkədə 2021-ci ildə artımın 6 faiz səviyyəsində gözlənildiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr

Türkiyә fevral ayında dәri mәhsulları ixracından 120 milyon dollardan çox gәlir әldә edib
Türkiyәdә fevral ayında dәri vә dәri mәhsullarından 129 milyon 641 min dollar gәlir әldә edilib.