"Türkiyə beynəlxalq firmalar üçün etibarlı ölkə olmaqda davam edir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin beynəlxalq firmalar üçün etibarlı bir ölkə olmaqda davam etdiyini bildirdi.

1119968
"Türkiyə beynəlxalq firmalar üçün etibarlı ölkə olmaqda davam edir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin beynəlxalq firmalar üçün etibarlı bir ölkə olmaqda davam etdiyini bildirdi.

Prezident Ərdoğan Manisa şəhərində 1109 nəfəri işlə təmin edəcək iki xüsusi sektorun iş yerinin açılış mərasimində iştirak etdi.

16 ildə Türkiyəyə birbaşa qoyulan xarici sərmayənin məbləğinin 202 milyard dollara çatdığını vurğulayan Ərdoğan Cənub-şərqi Anadolu bölgəsindəki şəhərlərin də bu sərmayə qoyuluşlarından payını götürəcəyini bildirdi.

168 milyard dollarlıq rekordla 2018-ci ilin ixracına diqqət çəkən Ərdoğan 2019-cu ilin hədəfini isə 200 milyard dollar olaraq açıqladı.

“Bir ölkədə sabitlik yoxdursa, heç bir sərmayəçi oraya gəlməz. Əvvəllər xaricə maddi vəziyyət ağır olduğu üçün gedən vətəndaşlarımız artıq ixracatçı və firma sahibi kimi gedirlər. Türkiyə bundan sonra da şərtlər nə olursa olsun, sərbəst bazar iqtisadiyyatında güzəştə getmədən inkişaf etməyə davam edəcək”-deyə prezident Ərdoğan qeyd etdi.



Әlaqәli Xәbәrlәr