İxrac həcmində artım qeydə alınıb

Türkiyənin ixrac həcmi Noyabrda keçən ilin müvafiq dövrünə müqayisədə 9,4% artaraq 15 milyard 529 milyon dollar, idxal həcmi isə 21,3% azalaraq 16 milyard 180 milyon dollar reallaşıb.

1116480
İxrac həcmində artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsiylə Ticarət Nazirliyinin Noyabr və yanvar-noyabr dövrünə dair müvəqqəti xarici ticarət statistikası hesabatında bildirilib ki: Noyabr ayında xarici ticarət kəsiri ötən ilin müvafiq dövrünə müqayisədə 89,8% azalaraq 651 milyon dollara enib. İxrac həcminin idxalata nisbəti isə keçən ilin noyabr ayında 69,1% qeydə alınarkən, Cari ilin eyni ayında 96%-ya yüksəlib.

Türkiyənin reallaşdırdığı ixrac isə yanvar-noyabr dövründə keçən ilin müvafiq dövrünə müqayisədə 7,7% artaraq 154 milyard 186 milyon dollara yüksələrkən, idxalı 2% azalaraq 206 milyard 505 milyon dollara enib. Həmin dövrdə xarici ticarət kəsiri 22,6% azalaraq 52 milyard 319 milyon dollara çatıb.



Әlaqәli Xәbәrlәr