İran 3 milyon barrel xam nefti birjada satacaq

İran Neft Nazirliyi Tehran Enerji Birjasında 3 milyon barrel xam neft satmağa hazırlaşır.

1114011
İran 3 milyon barrel xam nefti birjada satacaq

İran Neft Nazirliyi Tehran Enerji Birjasında 3 milyon barrel xam neft satmağa hazırlaşır.

İranın Neft naziri Bijen Namdar Zengene bu satış üçün qanunvericilik, icra və məhkəmə orqanlarından lazımlı icazələrin alındığını açıqladı.

İranın rəsmi xəbər agentliyi "İRNA"ya müsahibə verən  Zengene istəyənlərin birjadan xarici valyuta ilə də neft ala biləcəklərini bildirdi.

Zengene  ABŞ-ın sanksiyalarının birja vasitəsilə neft şirkətlərinə təsir göstərməyəcəyini qeyd edərək: "Birjadan neft alanlar bu nefti ixrac edə bildilər. Bu məsələdə heç bir problem olmadı" dedi.

Neft Nazirliyi oktyabrln 28-də ilk dəfə olaraq birjada satışa çıxarılan 1 milyon barrel neftin qiymətini 79 dollar 15 sent olaraq müəyyən etmişdi.

Nazirlik noyabrın 11-də  ikinci dəfə satışa çıxardığı 700 min barrel nefti  64 dollar 97 sentə satmışdı.
 



Әlaqәli Xәbәrlәr