İnsanı rahatladan qızılgül çayı 10 ölkəyə ixrac edilir

Dünyada qızılgül yağı istehsalının 65 faizi Türkiyənin İsparta şəhərində reallaşır. Şəhərdə istehsal edilən qızılgül çayı isə 10 ölkəyə ixrac edilir.

1113276
İnsanı rahatladan qızılgül çayı 10 ölkəyə ixrac edilir

Dünyada qızılgül yağı istehsalının 65 faizi Türkiyənin İsparta şəhərində reallaşır. Bu şəhərdə istehsal edilən qızılgül çayı isə 10 ölkəyə ixrac edilir.

Xüsusi sobalarda aşağı dərəcə istilikdə qurudulan qönçə gül yarpaq və toz halına gətirilərək çay əldə edilir. Ölkə daxilində də rəğbətlə qarşılanan qızılgül çayı müxtəlif ölkələrə ixrac edilir.

Qızılgül çayı istehsal edən firma yiyəsi Mehmet Volkan Poyraz dövlətin dəstəyilə istehsala başladıqlarını, qızılgüldən əlavə qiyməti olan keyfiyyətli məhsullar əldə edə bilmək üçün işlədiklərini söyləyib.

Qızılgül çayını tamamilə təbii metodlarla istehsal etdiklərini vurğulayan Poyraz bildirib: “10 ölkəyə gül çayı ixrac edirik. Bu ölkələr sırasında İngiltərə, Avstraliya, İsrail və Almaniya ilə yanaşı Orta Şərq ölkələri də var. ABŞ və Çin ilə danışıqlar davam edir. Ölkə daxilindən və xaricindən məhsullarımızı istəyənlərin sayı artmaqda davam edir”.

İxracı artırmaq üçün müxtəlif ölkələrlə fəaliyyətləri davam etdiriklərini dilə gətirən Poyraz qızılgülün ümumilikdə kosmetika sahəsində istifadə olunduğunu, istehsal etdikləri çayla qızılgüldən istifadə edilən sahənin genişləndiyini deyib.

Bazarda belə bir məhsul olmadığını vurğulayan Poyraz “Qızılgülü rayihəsini pozmadan qurutmağa səy göstəririk. İçinə heç bir əlavə maddə qatmırık. Ətrini artıran və sintetik olan heç nə tərkibində olmur. Buna görə də məhsul təbii və etimad edilərək istehlak edilə bilər. Qızılgül çayı insanı rahatladan bir çaydır” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr