Toyuq əti və yumurta ixracı artdı

Türkiyənin toyuq əti və yumurta ixracı yanvar-noyabr tarixləri arasında keçən ilin müvafiq dövrünə müqayisədə 12% artaraq 917 milyon dollara çatıb.

1111319
Toyuq əti və yumurta ixracı artdı

Egey ixracatçı Birliklərinin məlumatına görə 2018-ci ilin yanvar-noyabr dövründə toyuq əti ixracı 2017-ci ilin müvafiq dövrünə görə 10% artaraq 523 milyon dollar olub.

Toyuq əti ixrac edən ölkilərin başında İraq gedir. Bu ölkəni Liviya və Honkonq izləyir.

Türkiyə, ötən il də daxil olduğu Yaponiya bazarına 1,5 milyon dollarlıq toyuq əti ixrac etdi.

Yumurta ixracı da ötən ilə müqayisədə 17% artımla 336 milyon dollara çatıb.



Әlaqәli Xәbәrlәr