Avropa İttifaqı ilə İtaliya arasında 2019-ci ilin büdcəsi ilə bağlı anlaşılmazlıq aradan qalxdı

Aİ Komissiyası sədrinin müavini Valdis Dombrovskis Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında İtaliya ilə 2019-cu iı büdcəsinə dair anlaşılmazlığın aradan qalxdığını bildirdi.

Avropa İttifaqı ilə İtaliya arasında 2019-ci ilin büdcəsi ilə bağlı anlaşılmazlıq aradan qalxdı

 Aİ Komissiyası sədrinin müavini Valdis Dombrovskis Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında İtaliya ilə 2019-cu iı büdcəsinə dair anlaşılmazlığın aradan qalxdığını bildirdi.
 
 Dombrovskis: "İtaliya ilə 2019-cu il büdcəsinə dair son həftələrdə aparılan gərgin müzakirələr uğurla nəticələndi" ifadəsini işlətdi.
 
  Sədr müavini İtaliyanın Aİ Komissiyasına təqdim etdiyi yeni büdcənin Avropa İttifaqı tərəfindən başladılan büdcə intizam prosesinə son qoyduğuna diqqət çəkdi.
 
 Dombrovskis İtaliyanın balanslı iqtisadiyyat və büdcə siyasəti yürüdərək maliyyə vəziyyətini düzəldə biləcəyini də sözlərinə əlavə etdi.
 
Qeyd etmək lazımdır ki, İtaliya hökuməti Aİ ilə böhrana yol açan 2019-cu il büdcəsilə bağlı aparılan müzakirələrdə büdcə kəsirini 2,4%-dən  2,04%-ə qədər endirən yeni bir təklif təqdim etmişdi.
 
 İtaliya hökumətinin oktyabrın 15-də Avropa İttifaqı Komissiyasına göndərdiyi büdcə layihəsinə görə, gələn il üçün Ümumi Daxili Məhsula nisbətən büdcə kəsiri hədəfi 2,4 faiz olmuşdu.
 
 İtaliya büdcə kəsirinin 2020-ci ildə  2,1%-ə, 2021-ci ildə isə 1,8%-ə endiriləcəyini açıqlamışdı. İtaliyanın bu büdcə planına Avropa İttifaqı qurumları və üzv ölkələrdən iradlar gəlmişdi.
 
Avropa İttifaqı noyabrın 21-də 2019-cu il layihə büdcəsinin qaydalarına əməl etmədiyi və dövlət borcunu azaltmadığı üçün İtaliyaya qarşı  "həddən artıq açıq prosedur" adlı intizam prosesi tətbiq etmişdi.
 
 Aİ qaydalarına görə, üzv ölkələrin büdcə kəsirlərinin Ümumi Daxili Məhsulun 3%-nin, dövlət borclarının da Ümumi Daxili Məhsulun 60%-nin altında olması lazımdır.
 
 Bu hədlər aşıldığında həyata keçiriləcək tədbirlər bildirilməli və buna qarşı fəal mübarizə aparılmalıdır.
 
 İtaliyanın dövlət borcu mövcud vəziyyətdə Ümumi Daxili Məhsulun 130%-nə uyğun gəlir.



Әlaqәli Xәbәrlәr