Avropa Parlamenti Aİ-Yaponiya ticarət müqaviləsini təsdiq etdi

Avropa Parlamenti  Avropa İttifaqı və Yaponiya arasında imzalanan ticarət müqaviləsini təsdiq etdi.

1105658
Avropa Parlamenti Aİ-Yaponiya ticarət müqaviləsini təsdiq etdi

 

 Strasburq şəhəridə toplantı keçirən Avropa Şurasının Parlament Assambleyası Yaponiya ilə Aİ arasında iyul ayında imzalanan ticarət müqaviləsini təsdiq etdi. Ticarət müqaviləsi  Parlament Assambleyasında 152 səsə qarşı 474 səslə qəbul edildi.
 
 Yaponiya tərəfindən qəbul prosesi başa çatdırılan müqavilənin 21 dekabr tarixində Avropa Şurası tərəfindən təsdiq olunması  və 1 fevral 2019-cu il tarixində qüvvəyə minməsi gözlənilir.
 
 Yaponiya Baş naziri Şinzo Abe Avropa Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker  (Jean-Claude Juncker) iyul ayında Tokioda keçirilən Aİ-Yaponiya sammiti çərçivəsində İqtisadi Tərəfdaşlıq Müqaviləsi və Strateji Tərəfdaşlıq Müqaviləsi imzalamışdılar.
 
 Aİ və Yaponiya arasında 4 ildir davam edən azad ticarət müqaviləsi danışıqları 2017-ci ilin dekabrında başa çatmışdı.
 
 Ticarət müqaviləsi ilə şirkətlərin qarşılıqlı şəkildə  ödədikləri gömrük vergilərinin böyük hissəsi aradan qalxacaq.
 
 Tərəflər bir-birinin "coğrafi işarəli" məhsullarını qoruma altına alacaqlar.
 
 Kənd təsərrüfatı, maliyyə xidmətləri, elektron ticarət, rabitə və nəqliyyat sahələrinə aid şirkətlərin qarşılıqlı şəkildə bazarlara daxil olma imkanları genişlənəcək.
 
 Şirkətlərin qarşılıqlı dövlət tenderlərində iştirakı təmin olunacaq.
 
"Həssas sahə" olaraq səciyyəlndirilən avtomobil sektorunda bazarlar mərhələli şəkildə açılacaq.



Әlaqәli Xәbәrlәr