Avropa İttifaqından dollara qarşı həmlə

Avropa İttifaqı Komissiyasının sədr müavini Valdis Dombrovskis beynəlxalq bazar iştirakçılarının bütün məhsullarda ticarət əməliyyatlarını avro ilə həyata  keçirməyi hədəflədiklərini bildirdi.

1101112
Avropa İttifaqından dollara qarşı həmlə

Avropa İttifaqı Komissiyasının sədr müavini Valdis Dombrovskis qlobal ticarətdə avronun daha əhəmiyyətli rolu istiqamətində aparılan işlər barəsində Avropa İttifaqı Komissiyasında mətbuat konfransı keçirdi.
 
 Konfransda Avronun Avropanın iqtisadi gücünün simvolu olduğuna diqqət çəkən Dombrovskis günümüzdə çoxmillətli siyasi və beynəlxalq qaydalara bağlı olan ticarət sisteminin zəiflədiyini qeyd etdi.
 
 Dombrovskis qlobal ticarətdə avronun rolunu möhkəmləndirmək və maliyyə sistemi daxilində müxtəlifliyi artırmaq istədiklərini deyərək sözünə belə davam etdi: "Beynəlxalq bazar iştirakçılarının bütün məhsullarda ticarət əməliyyatlarını avro ilə həyata keçirmələrini istəyirik. Avro beynəlxalq bazarlarda energetika, xam maddə, kənd təsərrüfatı məhsulları,  təyyarə istehsalı kimi bəzi strateji sahələrdə daha mühüm rol oynaya bilər".
 
 Avronun Avropanın siyasi, iqtisadi və maliyyə gücünü balanslı şəkildə əks etdirməsinin vacibliyini vurğulayan Dombrovskis bazar iştirakçılarının  avronun mövqeyini müəyyən etdiyini bildirdi.
 
 Dombrovskis avronun daha cazib bir alternativ olması üçün Avropada iqtisadi və maddi vəhdəti gücləndirməyin, bank və sərmayə bazarları birliyini başa çatdırmağın vacib olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr