Türkiyənin İxrac həcmində artım qeydə alınıb

Türkiyənin ixrac həcmi oktyabr ayında 13% artaraq 15 milyard 719 milyon dollar olub.

1097892
Türkiyənin İxrac həcmində artım qeydə alınıb

Türkiyə Statistika Komitəsi ilə Ticarət Nazirliyinin Oktyabr ayına dair müvəqqəti xarici ticarət statistikası açıqlanıb.

Hesabata görə ixrac həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 13% artaraq 15 milyard 719 milyon dollara çatarkən, idxal həcmi 23,8% azalaraq 16 milyard 176 milyon dollara enib. Xarici ticarət kəsri isə 93,8% azalaraq 456 milyon dollar olub.

İxracın, idxalata nisbəti, keçən ilin oktyabr ayında 65,6% olarkən, cari ilin müvafiq ayında 97,2-ə yüksəlib.

Türkiyənin reallaşdırdığı ixrac həcmi yanvar-oktyabr dövründə keçən ilin eyni dövrünə müqayisədə 7,6 artaraq 138 milyard 700 milyon dollara, idxal həcmi isə 0,1% artımla 190 milyard 327 milyon dollara çatıb. Bu dövrlərdə xarici ticarət kəsri 15,7% azalaraq 51 milyard 627 milyon dollara enib.



Әlaqәli Xәbәrlәr