Kərkük bölgəsindəki neftin Ceyhan limanına nəqli artırılacaq

İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük bölgəsindəki neft yataqlarından hasil olunan neftin ölkəmizin cənubundakı Ceyhan limanına nəqlini artırmaq niyyətindədir.

1092708

Bunu İraqın Baş naziri Adil Əbdülmehdi bildirib.

Paytaxt Bağdadda həftəlik mətbuat konfransı təşkil edən Əbdülmehdi “Kərkük nefti İraqın şimalında Kürd Regional İdarənin ərazisindən keçərək ixrac edilir. Hazırda Kərkükdə gündə 60 min barrel neft hasil olunur. Onun həcmini 100 min barrelədək artırmağı planlaşdırırıq” deyib.

Məsud Bərzaninin bu gün Bağdada səfər edəcəyini bildirən Əbdülmehdi Bağdad və Ərbil arasında dostluq münasibəti qurulduğunu,  əlaqələrin daha yaxşı olması üçün cəhd göstərdiklərini vurğulayıb.

Terror təşkilatı DEAŞ-ın ölkədəki hücumlarına da toxunan Əbdülmehdi təşkilatın son zamanda hələ ki passiv olan qrupları vasitəsilə hücumlarını artırdığını, bunun öhdəsindən gləmək üçün hərbi qüvvələrin əməliyyatlarını davam etdirdiyini  söyləyib.

Әlaqәli Xәbәrlәr