Bərat Albayraq: "Qida sektorundakı inflyasiyaya qarşı strateji yol xəritəsi hazırlayırıq"

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq Türkiyə iqtisadiyyatının oktyabr ayında rekord əldə edə biləcəyini söylədi.

1091582
Bərat Albayraq: "Qida sektorundakı inflyasiyaya qarşı strateji yol xəritəsi hazırlayırıq"

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq  İstanbulda 22-ci "İnternational Business Forum"da (IBF) iştirak etdi.

Forumda  çıxış edən nazir iqtisadiyyatdakı mümkün tərəddüdlərə qarşı tədbirlər görəcəklərini bildirdi.
 
 İnflyasiya ilə mübarizə istiqamətində işlərin davam etdiyini qeyd edən Albayraq: "Qida sektorundakı inflyasiyaya qarşı strateji yol xəritəsi hazırlayırıq" deyə danışdı.
 
 Maliyyə siyasətində büdcə intizamına ciddi şəkildə əməl etdiklərini ifadə edən nazir: "Noyabr və dekabr aylarının rəqəmlərində ciddi irəliləmə ilə inflyasiya hədəflərimizə çox yaxın bir nəticə əldə edəcəyik" dedi.
 
Valyuta məzənnəsindəki azalmanın müsbət bir hal olduğunu vurğulayan Albayraq kredit faizlərində də azalmaların olduğunu və bunun dekabr ayında daha da düşəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr