Türkiyə Ticarət nazirinin Sofiya görüşləri

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Bolqarıstanın paytaxtı Sofiyada rəsmi görüşlərini davam etdirir.

1090942
Türkiyə Ticarət nazirinin Sofiya görüşləri

  R.Pekcan Bolqarıstanın paytaxtı Sofiyada rəsmi görüşlər çərçivəsində Bolqarıstanın baş naziri Boyko Borisov tərəfindən qəbul edilib.  

  Görüş zamanı iki ölkə arasındakı ticarət əlaqələri müzakirə olunub, Türkiyə-Bolqarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətlərindən danışılıb.

  Nazir Pekcan Bolqarıstanın İqtisadiyyat naziri Emil Karanikolovla də bir araya gəlib. Görüşdə “Prezident Sərmayə Ofisi ilə Bolqarıstan İnvestisiya Agentliyi arasında əməkdaşlığa dair saziş” imzalanıb.

  Sonra Türkiyənin Ticarət naziri ölkənin maliyyə nazirilə görüşüb.

  Ruhsar Pekcan Türkiyə-Bolqarıstan İş Forumunda iştirak etmək üçün Bolqarıstana səfər edib. 



Әlaqәli Xәbәrlәr