Peskov:“Türk axını” təbii qaz boru xətti layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Türk axını” təbii qaz boru xətti layihəsinin Avropanın enerji təhlükəsizliyinə həqiqi mənada töhfə verəcəyini söyləyib.

1090408
Peskov:“Türk axını” təbii qaz boru xətti layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Türk axını” təbii qaz boru xətti layihəsinin Avropanın enerji təhlükəsizliyinə həqiqi mənada töhfə verəcəyini söyləyib.

Peskov “Rossiya-1” televiziya kanalına həmin mövzuyla bağlı verdiyi bəyanatda deyib ki, “Türk axını” təbii qaz boru xətti layihəsi Avropanın enerji təhlükəsizliyi üçün populist bir yanaşma deyildir. Bu, enerji təhlükəsizliyinə həqiqi bir töhfədir. Çünki qısa müddət sonra bu qaz sadəcə Türkiyəyə daşınmayacaq, sadəcə Türkiyənin iqtisadiyyatının inkişafına dəstək olmayacaq, bu xidmət avropalı istehlakçılara da çatdırılacaq.

Müxtəlif ölkələrin “Türk axını” təbii qaz  kəmər xəttini öz ölkəsinə daşıma məsələsini gündəmə gətirdiyini bildirən Peskov bu ölkələrdən bəzilərinin konkret olaraq bu mövzusun soruşduğunu, bəzilərinin isə ifadə etdiklərini vurğulayıb.

Qeyd edək ki, “Türk axını” təbii qaz  kəmər xəttininin dəniz hissəsinin tamamlanması münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə bugün İstanbulda mərasim keçiriləcək.

 “Türk axını” ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

“Türk axını” boru kəmərinin qoşa xətti üzrə ümumilikdə 1775 kilometr boru döşənib. İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində isə təbii qaz qəbulu terminalının inşası davam edir. Qoşa xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. “Türk axını”nın gələn ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır. Ümumi uzunluğu 1100 kilometr olacaq boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. “Türk axını”nın dəniz borularını “Pioneering Spirit” gəmisi düzür.

Boru kəmərinin əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoydakı 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatın 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.



Әlaqәli Xәbәrlәr