"Nissan Motor" və "Renault"un başçısı həbs edildi

Yapon televiziya kanalı "NHK" 64 yaşındakı Karlos Qonun yaponiyalı hakimin qərarı ilə Tokioda həbs edildiyini bildirib.

1090854
"Nissan Motor" və "Renault"un başçısı həbs edildi

"Nissan Motor" və "Renault" avtomobil şirkətlərinin rəhbəri Karlos Qon (Carlos Ghosn) həbs edilib. 

Yapon televiziya kanalı "NHK" 64 yaşındakı Karlos Qonun yaponiyalı hakimin qərarı ilə Tokioda həbs edildiyini bildirib.

Qeyd olunub ki, hakim Karlos Qonu maliyyə hesabatlarını düzgün göstərmədiyi üçün həbs etmək haqda qərar çıxarıb. Hakimin sözlərinə görə, Karlos Qon maliyyə hesabatlarında vergi gəlirlərini kifayət qədər azaldıb.

Bundan başqa, şirkət rəhbəri maliyyə mübadiləsi ilə bağlı yaranan pozuntulara görə təqsirləndirilib.

Bu xəbərlərdən sonra "Renault" qrupunun səhmlərinin qiyməti Paris birjasında 5,5 faiz aşağı düşüb.

 



Әlaqәli Xәbәrlәr