Yunanıstan baş nazirinin “Türk axını” təbii qaz boru kəmərilə əlaqəli açıqlaması

Yunanıstanın Baş naziri Aleksis Çipras “Türk axını” təbii qaz boru kəməri (“TurkStream”) layihəsinin bir hissəsinin Yunanıstan üzərindən Avropaya keçməsi mövzusunu Avropa İttifaqının (Aİ) gündəminə gətirəcəklərini söyləyib.

1089512

Çipras Balkan ölkələrindən liderlərin də iştirak etdiyi 3-cü Selanik zirvə yığıncağında nəqliyyat və enerji layihələrindən danışdı.

Çipras Aİ-nin enerji strategiyasında önəmli yer tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin başa çatmasına az qaldığını bildirərək, TAP-ın həm Bolqarıstan və Yunanıstan arasında çəkiləcək kəmər xəttinə həm də Makedoniya ilə planlaşdırılan boru kəmərinə bağlanmasının planlaşdırıldığını deyib.  

Yunanıstan və Bolqarıstan arasındakı kəmər xəttinin isə Aİ Komissiyasında təsdiqləndiyini xatırladan Çipras bu kəmərin bir qədər şimaldakı Balkan ölkələrinə uzadıla biləcəyini vurğulayıb.

Çipras rus təbii qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” boru kəmərinin Yunanıstan ərazilərindən keçməsinin əhəmiyyətini isə Brüsselin gündəminə gətirəcəklərini söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin “Türk Axını” təbii qaz boru kəmərinin dəniz hissəsinin tamamlanması münasibətilə noyabrın 19-da İstanbulda keçiriləcək mərasimə qatılacaq.

Çipras isə dekabrın 7-də Rusiyanın paytaxtı Moskvaya rəsmi səfər edəcək.

Әlaqәli Xәbәrlәr