Çin Xalq Respublikasında Türk fındığının təqdimatı keçirilib

Çinin Şanxay şəhərində təşkil edilən Beynəlxalq İdxal Sərgisində Türk fındığının təqdimatı olub.

1087785
Çin Xalq Respublikasında Türk fındığının təqdimatı keçirilib

Qara dəniz Fındıq və məmulatları İxracatçılar Birliyi İdarə heyətinin  Başçısı Edip Sevincin yaydığı məlumata görə, 5-10 noyabr tarixlərində təşkil edilən sərgidə 172 ölkədən 3 min 600 firma  iştirak  edib. Sevinc   bildirib  ki,  Sərgini   təxminən  40 min adam  gəzib. 2017-ci ildə,  Türkiyədən  Çin Xalq  Respublikasına   7 min 300 ton, (55 milyon dollarlıq) fındıq  ixrac edilib.   Çinin   ən  çox  fındıq  ixrac  edilən   ölkə    olmasında,  2000-ci illərdən   bəri   bu  ölkədə  davam  etdirdiyimiz    təqdimatların  töhfəsi olub.   Bu  il  keçirilən  sərgi  də  məhsuldar  olub.    İki  tərəfli  danışıqlarla bu  ölkəyə  ixracatımız daha da artacaq.   



Әlaqәli Xәbәrlәr