İranın “SWIFTE”lə də əlaqəsi kəsilir

Bankdan verilən yazılı açıqlamada bildirilir...

1086271
İranın “SWIFTE”lə də əlaqəsi kəsilir

  İran Milli Bankının dünya bankları arasında elektron pul transferi edən “SWIFTE”lə (Society for Worldwide Interbank Financial Telecommunication) əlaqəsi kəsilir.

  Bankdan verilən yazılı açıqlamada bildirilir:

  “SWIFT” Amerika Birləşmiş Ştatlarının sanksiyalarına riayət etdiyi və bəzi İran banklarının sistemə daxilolmasını təxirə saldığı üçün bu yöndən artıq müştərilərə xidmət verə bilməyəcəyik.”

  Qeyd edək ki, SWIFT noyabrın 5-də verdiyi bəyanatda ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxilolmasını təxirə salacağını, bunu qlobal maliyyə sisteminin sabitliyi və bütövlüyü üçün etdiyini bildirmişdi.

  Avropa İttifaqı (Aİ) komissiyasının sözçüsü Maya Kociyansis (Maja Kocijancic) məsələyə münasibət bildirərək “İran banklarının beynəlxalq pul transferi təmin edən sistemdən çıxarılmasına – “SWIFT”in bu qərarına üzülürük” deyib.

  Nəzərə çatdıraq ki, ABŞ nüvə müqaviləsindən birtərəfli olaraq geri çəkildikdən sonra İran hakimiyyətinə qarşı dövrəyə saldığı sanksiyaların ikinci mərhələsinə qarşı Aİ-dən hələ konkret bir addım gəlməyib.

  Xaıtrladaq ki, ABŞ prezidenti Donald Tramp 8 mayda nüvə müqaviləsindən çəkildiyini bildirmiş və İrana qarşı ilk sanksiya paketini 7 avqust, ikincisini isə 180 günlük müddətin bitməsindən sonra 5 noyabrdan dövrəyə salıb.



Әlaqәli Xәbәrlәr