"Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi

Rusiyanın təbii qazını Baltik dənizi üzərindən Almaniyaya nəql edəcək "Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi.

1083292
"Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi

Rusiyanın təbii qazını Baltik dənizi üzərindən Almaniyaya nəql edəcək "Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi.
 
 Layihənin sahibi "Nord Stream- 2"dən verilən açıqlamada təxminən 20 gəmi ilə "Şimali Axını 2" üçün Baltik dənizindən boru çəkmə işlərinin davam etdirildiyi bildirildi.
 
 Layihənin inşasının müəyyən edilmiş təqvim əsasında davam etdiyi qeyd edilən açıqlamada:"Layihə çərçivəsində Baltik dənizində 200 kilometrlik boru xətti çəkildi. Bütün işlər alınan icazələr əsasında həyata keçirilir" ifadələri işlədildi.
 
 Dəyəri 10 milyard avro məbləğində olması gözlənilən "Şimal Axını 2" layihəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizi üzərindən Almaniyaya nəql edilməsi planlaşdırılır.
 
 Qazprom ötən il Avropaya 194,4 milyard kubmetr təbii qaz ixrac edib, həmin qazın təxminən 30%-i Ukrayna üzərindən nəql edilib.



Әlaqәli Xәbәrlәr